×
A
A
A
Sazlamalar

CAR-da kilsənin çökməsi nəticəsində azı 13 nəfər həlak olub

Bakı, 19 aprel, AZƏRTAC

Cənubi Afrika Respublikasında pasxa mərasimi zamanı kilsənin bir hissəsinin çökməsi nəticəsində azı 13 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, News24 portalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hadisə aprelin 19-na keçən gecə ölkənin şimalındakı Kvazulu-Natal vilayətində baş verib. Dağıntıya regionda sürəkli leysan yağışlarının səbəb olduğu ehtimal edilir.
İnsident nəticəsində, həmçinin azı 16 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Dünya 2019-04-19 12:42:00