×
A
A
A
Sazlamalar

BMA-da 31 mart- Azərbaycanlıların Soyqırımı Günü münasibətilə seminar keçirilib

Bakı, 1 aprel, AZƏRTAC
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) 31 mart- Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Azərbaycan xalq rəqslərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi” adlı elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abullazadə soyqırımının tarixi əhəmiyyətindən söz açıb. O, mart soyqırımı zamanı erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə qətl etmələrindən, onların Azərbaycan mahnı və rəqslərinin, eləcə də xalçalarının xarici ölkələrdə təşkil etdikləri sərgi və konsertlərdə özününküləşdirmələrindən söz açıb.
Elmi tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə çıxış edərək soyqırımı haqqında məlumat verib, laboratoriya əməkdaşları tərəfindən keçiriləcək seminar və gələcək layihələr haqqında danışıb.
Seminarda iştirak edən Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri Nadirə Bədəlbəyli, Bakı Xoreoqrafiya Akademiyasının elmi işlər üzrə prorektoru, professor Sonaxanım İbrahimova, Xalq artistləri, professorlar Yusif Qasımov, Elnarə Dadaşova, Ramiz Quliyev çıxış edərək ermənilərin tarixboyu Azərbaycan torpaqlarına, folklorumuza, eyni zamanda, bəstəkar musiqilərimizə qarşı hər zaman oğru mövqeyində olduğunu bildiriblər.

31 mart 2019-04-01 11:58:00