×
A
A
A
Sazlamalar

Kamal Çiçək: Ermənilər 1918-ci ildə Bakıda və Qubada azərbaycanlılarla yanaşı, yəhudilərə də qarşı qırğınlar törədiblər

Bakı, 30 mart, Vüqar Qurbanoğlu, AZƏRTAC

İkinci Dünya müharibəsində faşistlərin yəhudilərə qarşı törətdikləri ermənilərin 1915-ci ildə Anadoluda türklərə qarşı törətdikləri qırğının eynisidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru Kamal Çiçək bildirib. O qeyd edib ki, tarixi faktlara diqqət yetirdikdə görmək olar ki, erməni daşnak təşkilatı 1918-ci ildə türk-müsəlman əhali ilə yanaşı, Bakıda və Qubada yəhudilərə qarşı da kütləvi qırğınlar törədiblər. Holokost ilk dəfə yəhudilərə qarşı alman faşizmi tərəfindən yox, erməni şovinistləri tərəfindən törədilib. K.Çiçəyin sözlərinə görə, erməni terrorçularının törətdikləri bu cinayət fakt kimi israilli alimlər tərəfindən də araşdırılmalıdır. Ermənilərin bütün millətlərə və dinlərə qarşı apardığı soyqırımının kökündə 100 illərdir reallaşdırmağa çalışdıqları monoetnik siyasətin durduğunu deyən türkiyəli alim əlavə edib ki, bu təhlükəli tendensiya dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq konfranslarda tarixçi alimlər tərəfindən müzakirəyə çıxarılmalıdır.
Kamal Çiçək qeyd edib ki, bu gün Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri azad şəkildə yaşayırlar. Ancaq Ermənistanda tək bir millət və din mövcuddur.

31 mart 2019-03-30 19:40:00