×
A
A
A
Sazlamalar

Dövlət Neft və Sənaye Universitetində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, rektor Mustafa Babanlı ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə apardıqları soyqırımı və işğalçılıq siyasətindən danışıb. O, 1918-ci ilin mart-aprel aylarında ölkənin müxtəlif yerlərində minlərlə soydaşımızın xüsusi amansızlıqla qətlə yetirildiyini, on minlərlə insanın evlərindən didərgin düşdüyünü qeyd edib.
Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov çıxışında ermənilər tərəfindən tarixboyu həyata keçirilmiş vəhşiliklər, Xocalı faciəsi və Azərbaycanın digər rayonlarının işğalından danışıb. Dünya tarixində bir sıra qətliamların və soyqırımı aktlarının olduğunu deyən professor ermənilərin məkrli siyasətinin xüsusi amansızlıqla seçildiyini vurğulayıb.
ADNSU-nun ictimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev 31 mart soyqırımına qədərki dövrün siyasi mənzərəsindən və tarixi hadisələrdən danışıb. Professor hər il 31 mart soyqırımını xatırlamaqla və milli-mənəvi dəyərlərimizi qorumaqla gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb.

31 mart 2019-03-29 19:40:00