Səbinə Kərimova dünya kubokunun mərhələ yarışında 30-cu olub
Bakı, 25 mart, AZƏRTAC
Belçikanın Sint-Niklas şəhərində sablya üzrə qadınlar arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, martın 22-24-də keçirilən yarışda sablyaçılarımız şəxsi və komanda yarışında qüvvəsini sınayıblar. Qılıncoynadanlarımızdan Səbinə Kərimova qrup mərhələsində keçirdiyi altı görüşdən beşində qələbə qazanıb. S.Kərimova pley-off mərhələsində də qələbələri sıralayıb. İlk görüşündə Yaponiya təmsilçisi Ayaka Mukaeni 15:12 hesabı ilə məğlub edən Səbinə, ardınca Çin sablyaçısı Yiqi Guo üzərində 15:11 hesabı ilə qələbə qazanıb. Sablyaçımız 1/32 finalda italiyalı Miçela Battistona 15:13 hesabı ilə qalib gəlib. Səbinə Kərimova onaltıdabir finalda dünya reytinqində 13-cü olan çinli Yaqi Şao ilə qarşılaşıb. Görüş Çin idmançısının 15:9 hesablı qələbəsi ilə başa çatıb. Kərimova yekun sıralamada 200-ə yaxın qadın sablyaçının yarışdığı turnirdə 30-cu sırada qərarlaşıb. Digər sablyaçılarımızdan Sevil Bünyatova qrup mərhələsində keçirdiyi altı görüşdən beşində qalib gəlsə də, pley-offda keçirdiyi ilk görüşdə Gürcüstan idmançısı Lika Jijieşviliyə 8:15 hesabı ilə uduzub. İlkin mərhələdə keçirdiyi altı görüşdən birində qələbə qazanan Sevinc Bünyatova və qrupu qələbəsiz başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb. Sablyaçılarımız turnirin sonuncu yarış günündə komanda yarışında qüvvəsini sınayıb. Sablyaçılarımız onaltıdabir finalda Böyük Britaniya komandasına 37:45 hesabı ilə uduzub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir