×
A
A
A
Sazlamalar

Abşeron məktəblisi: Astarada subtropik zonaya məxsus gözəl mənzərənin şahidi olduq

Astara, 25 mart, Bağır Əliyev, AZƏRTAC

Tur-aksiyanın üçüncü günü Astara rayonuna səyahət etdik. Hava yağmurlu olduğundan burada subtropik zonaya məxsus gözəl mənzərənin şahidi olduq.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Astara rayonuna səyahət edən Abşeron rayonunun Saray qəsəbə 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Aytac Əmrahova AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində deyib.
“İlk dəfədir ölkəmizin cənub bölgəsində oluram. Xəzər dənizin sahilində, Talış dağlarının ətəyində yerləşən Astaranın əsrarəngiz gözəlliyi məni heyran etdi. Dəniz sahilində geniş ərazidə salınmış park-bulvar kompleksində insanların mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb.
Gördüklərim, aldığım təəssürat ölçüyəgəlməzdir. İndiyədək cənub bölgəsinə gəlmədiyimə görə çox təəssüflənirəm. Bu, mənim bölgəyə ilk səyahətim olmayacaq, gələcəkdə dostlarımla, ailə üzvlərimlə bu yerlərə gələcəyəm”, - deyə Abşeron məktəblisi söyləyib.

Regionlar 2019-03-25 19:09:00