×
A
A
A
Sazlamalar

"Avro-2020"-nin talismanı təqdim olunub

Bakı, 25 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 24-də "Avro-2020"nin rəsmi talismanı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, "Johan Cruijff Arena" stadionunda oynanılan Hollandiya-Almaniya oyunundan əvvəl 55 min tamaşaçıya Skillzi adlı talisman təqdim olunub. Onu meydana tanınmış fristayçılar Liv Kuk və Tobias Bex gətirib.
Qeyd edək ki, “Avro-2020”-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. 24 komandadan 4-ü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

İdman 2019-03-25 03:20:00