×
A
A
A
Sazlamalar

Bu gün "Avro-2020" seçmə mərhələsinin birinci turuna yekun vurulacaq

Bakı, 23 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 23-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin birinci turuna 8 qarşılaşma ilə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, "J" qrupunun favoriti İtaliya millisi doğma meydanda Finlandiya yığmasını sınağa çəkəcək. Digər oyunlarda Bosniya və Herseqovina Ermənistanı, Lixtenşteyn isə Yunanıstan seçməsini qəbul edəcək.
"F" qrupunda mübarizə aparan İspaniya doğma meydanda Norveçlə üz-üzə gələcək. Qrupda həmçinin Malta - Farer adaları və İsveç - Rumıniya görüşləri keçiriləcək.
Günün qarşılaşmalarını təqdim edirik:
D qrupu
18:00. Gürcüstan – İsveçrə
21:00. Cəbəllütariq - İrlandiya
F qrupu
21:00. Malta – Farer adaları
21:00. İsveç - Rumıniya
23:45. İspaniya - Norveç
J qrupu
23:45. Bosniya və Herseqovina – Ermənistan
23:45. İtaliya - Finlandiya
23:45. Lixtenşteyn - Yunanıstan.
Qeyd edək ki, "Avro-2020"nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. 24 komandadan 4-ü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

İdman 2019-03-23 12:08:00