Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub

Bakı, 21 mart, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin ilk qolu vurulub.
AZƏRTAC xəbər verir ki, "Astana Arena" stadionunda Qazaxıstan millisi Şotlandiya yığması ilə üz-üzə gəlib. Həmin görüşdə hesabı meydan sahibləri açıb. Matçın 6-ci dəqiqəsində qazaxların heyətində Yuri Syuk fərqlənib. Beləliklə, Yurinın qolu "Avro-2020" qrup mərhələsinin ilk qolu olub.
Xatırladaq ki, bu gün Azərbaycan millisi səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq. Oyun saat 23:45 Zaqreb şəhərindəki 35 min azarkeş tutumuna malik “Maksimir” stadionunda başlayacaq. Oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdar olacaq. Belə ki, xorvatiyalı mütəxəssis millimizin baş məşqçisi kimi debütünü öz ölkəsində edəcək.
İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Bu oyunların birində xorvatların 6:0 hesablı qələbəsi qeydə alınıb. Digər oyun isə 0:0 hesabı ilə nəticələnib.
“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birlikdə "E" qrupunda yer alıb.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq.

İdman 2019-03-21 19:26:00