×
A
A
A
Sazlamalar

Azərbaycan iki yaşa qədər uşaqlarla səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Moskva, 21 mart, AZƏRTAC

Azərbaycan iki yaşa qədər uşaqlarla səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “Tutu.ru” vahid səyahət servisi 2018-2019-cu illərdə alınmış aviabiletləri təhlil edərək belə qənaətə gəlib ki, iki yaşa qədər uşaqları olan valideynlər əsasən ölkə daxilində, xüsusilə də Moskva və Sankt-Peterburqa səyahət edirlər. Belə valideynlərin 12 faizi yaxın xaricə, o cümlədən Azərbaycan, Moldova, Gürcüstan, Tacikistan, Özbəkistan və s. səyahət edirlər. İki yaşınadək uşaqla uzaq xaricə səyahətə çıxanlar isə yalnız 12 faiz təşkil edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Turizm 2019-03-21 13:43:00