×
A
A
A
Sazlamalar

Novruz bayramı günlərində Bakı metrosunda əlavə növbətçilik rejimi tətbiq ediləcək

Bakı, 19 mart, AZƏRTAC 

“Bakı Metropoliteni” QSC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bayram günlərində əlavə işçi qüvvəsi və ehtiyat qatarlar cəlb ediləcək. Zərurət yarandığı təqdirdə ehtiyat qatarlar da xəttə buraxılacaq. Bütün stansiyalarda əlavə növbətçilik rejimi tətbiq olunacaq.

Nəqliyyat 2019-03-19 21:19:00