×
A
A
A
Sazlamalar

BSU-da ingilis dilində Novruz bayramına həsr olunmuş səhnəciklər göstərilib

Bakı, 19 mart, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) Novruz bayramına həsr olunmuş silsilə tədbirlər çərçivəsində tərcümə fakültəsi və Avropa dilləri kafedrasının birgə təşkilatçılığı ilə şənlik keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bayram tədbirinin əvvəlində BSU-nun “Arzu” rəqs ansamblının təqdimatında möhtəşəm rəqs nümayiş olunub. Sonra tərcümə fakültəsinin III kurs tələbəsi Ümid Məmmədov Novruz bayramının atributları barədə ingilis dilində slayd təqdim edib.
Tədbirdə ingilis və Azərbaycan dillərində Novruz bayramına həsr olunmuş səhnəciklər göstərilib, xalq mahnıları səsləndirilib.

Elm və təhsil 2019-03-19 15:33:00