×
A
A
A
Sazlamalar

“Azəryol” həndbol komandası “Qarabağ”ı çətinliklə məğlub edib

Bakı, 18 mart, AZƏRTAC 

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar keçirilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, qızıl medallara namizədlərdən sayılan “Azəryol” bu dəfə “Qarabağ” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsinin sonunda “Azəryol” komandası azarkeşlərini sevindirməyi bacarıb – 26:23.
“Gənclər Birliyi”ni sınağa çəkən turnir cədvəlinin lideri “Azərsu” isə böyük hesabla (49:23) qələbə qazanıb.
Hazırda hər birinin 32 xalı olan “Azərsu” və “Azəryol” komandaları 1-2-ci yerləri bölüşdürürlər. Bir oyun az keçirən “Azərsu” ilk pillədədir. Üçüncü pillədə yer alan “Qarabağ”ın 16 xalı var. Yeddi xalı olan “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-5-ci pillələrdə qərarlaşıblar. Autsayder “Gənclər Birliyi”nin aktivində xal yoxdur.

İdman 2019-03-18 19:17:00