×
A
A
A
Sazlamalar

Xorvatiya-Azərbaycan oyununu bolqarıstanlı hakimlər briqadası idarə edəcək

Bakı, 18 mart, AZƏRTAC

Futbol üzrə “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, görüşü bolqarıstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində kömək edəcək.
Qeyd edək ki, Xorvatiya-Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman 2019-03-18 14:37:00