×
A
A
A
Sazlamalar

Rəqəmsal iqtisadiyyatın problemləri və perspektivləri barədə müzakirələr aparılıb

Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində “Rəqəmsal iqtisadiyyat: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, elm və innovasiyalar üzrə prorektor Sakit Yaqubov bu tədbirlərin keçirilməsində məqsəd və hədəfin UNEC-in elmi-tədqiqat universitetinə çevrilməsindən ibarət olduğunu bildirib. Rəqəmsal iqtisadiyyatın bütün dünyada sürətlə inkişaf etdiyini deyən professor respublikamızda da ümumi daxili məhsulun tərkibində bu sahənin həcminin artacağına və yüksək inkişaf tempinə nail olunacağına əminliyini vurğulayıb.
Konfransda “Rəqəmsal iqtisadiyyat və iqtisadiyyatın rəqəmsallaşması” və “Rəqəmsal iqtisadiyyat: mahiyyət, reallıqlar və perspektivlər” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.

Elm və təhsil 2019-03-18 13:13:00