×
A
A
A
Sazlamalar

Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Bakı, 18 mart, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. O, Novruz bayramının hər zaman Azərbaycanda xalqın tarixi və milli bayramı kimi qeyd edildiyini bildirib. İnstitut əməkdaşlarını və tədbirdə iştirak edən qonaqları bayram münasibətilə təbrik edən akademik İsa Həbibbəyli onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə institutun şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, AMEA-nın Qadınlar şurasının sədri, professor Rəna Mirzəzadə çıxış edərək öz təbriklərini çatdırıblar.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova “Novruz türk etno-mədəni hadisəsi kimi” mövzusunda məruzə ilə çıxış edib. Sonra Novruz adət-ənənələrini əks etdirən videoçarx nümayiş olunub.
Novruz tədbirində Aşıqlar Birliyinin üzvləri saz üstə öz təbriklərini çatdırıblar.

Elm və təhsil 2019-03-18 12:34:00