×
A
A
A
Sazlamalar

Mədəniyyət və İncəsənət Universitetinin kollektivi Novruz bayramını Cocuq Mərcanlıda əsgərlərimizlə birgə keçirib

Bakı, 18 mart, AZƏRTAC 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) musiqi sənəti fakültəsinin estrada sənəti kafedrasının baş müəllimi Gülnarə Allahverdiyeva və tələbələri “Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində Novruz bayramını Cocuq Mərcanlıda N saylı hərbi hissədə əsgərlərimizlə birgə keçiriblər.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə universitetin kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində olub, sonra ümummilli lider Heydər Əliyevin abidəsini, kənd məscidini və Aprel şəhidləri abidəsini ziyarət ediblər. ADMİU-nun kollektivi şəhid ailələri ilə də görüşüb, onlara Novruz xonçası təqdim ediblər.
Səfər çərçivəsində “Qayıdış” parkında Cocuq Mərcanlı kənd sakinlərinin Novruz sərgisi nümayiş olunub. Daha sonra Cocuq Mərcanlı N saylı hərbi hissənin həyətində Kosa və Keçəlin, milli rəqs qrupunun iştirakı ilə Novruz tonqalı qalanıb, əsgərlərə bayram sovqatı verilib. Görüş bayram konserti ilə başa çatıb.

Elm və təhsil 2019-03-18 11:45:00