×
A
A
A
Sazlamalar

Fabio Kannavaro Çin millisinin baş məşqçisi təyin olunub

Bakı, 17 mart, AZƏRTAC
Fabio Kannavaro Çin millisinin baş məşqçisi təyin olunub
AZƏRTAC “BBC sport”a istinadla xəbər verir ki, 45 yaşlı italiyalı mütəxəssis Marçello Lippinin istefasından sonra bu vəzifəni icra edəcək.
Fabio Kannavaro Çin millisi ilə bərabər, “Quançjou Everqrand" klubundakı fəaliyyətini də davam etdirəcək.
Xatırladaq ki, futbolçu karyerasında “Napoli”, “Parma”, “İnter”, “Yuventus” və “Real Madrid” kimi komandaların heyətində çıxış edən Fabio Kannavaro 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.

İdman 2019-03-17 15:57:00