×
A
A
A
Sazlamalar

Yaponiya Olimpiya Komitəsinin prezidenti öz vəzifəsini tərk edəcəyini bəyan edib

Tokio, 17 mart, AZƏRTAC 

Yaponiya Olimpiya Komitəsinin prezidenti Tsunekazu Takeda Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində vəzifəsini tərk edəcəyi barədə öz yaxın ətrafını məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Xatırladaq ki, T.Takeda 2020-ci il Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı rüşvət məsələsində onun adı hallandığı andan çətin vəziyyətə düşüb. Ötən ilin dekabrından başlayaraq, Fransa müstəntiqləri T.Takedanın məhkəməyə cəlb edilməsinin mümkünlüyünü araşdırırlar.
T.Takeda bu məsələdə günahının olmadığını dəfələrlə bəyan edib. Lakin buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsinin bu qalmaqalın qarşıda gözlənilən Oyunlara kölgə salacağı barədə narahatlığını ifadə etməsi, ona qarşı həm ölkə daxilində, həm də xaricdə təzyiqləri xeyli artırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

İdman 2019-03-17 14:36:00