×
A
A
A
Sazlamalar

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir

Bakı, 17 mart, AZƏRTAC
Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin sonuncu günündə - martın 17-də kişilər dayaqla tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə yarışların final mərhələsində güclərini sınayırlar.
Azərbaycan gimnastı Marina Nekrasova gimnastika tiri yarışlarında medallar uğrunda yarışacaq.
Bu turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.

İdman 2019-03-17 12:54:00