×
A
A
A
Sazlamalar

Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb

Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarının atletika yarışlarında bir qızıl, bir gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, birinci divizionda keçirilən atletika yarışlarında 25 metr məsafəyə qaçış üzrə təmsilçimiz Nigar Mustafayeva fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Digər idmançımız Aida Rzayeva bürünc medala layiq görülüb.
Beləliklə, oyunlarda komandamızın əldə etdikləri medalların sayı beşə (1 qızıl, 3 gümüş, 1 bürünc medal) çatıb. Bundan əvvəl təmsilçilərimiz, stolüstü tennisçi Eyvaz Muradov, cüdoçu Fərid Şərifov (64 kq) və pauerliftinqçi Aytac Səmədova gümüş medallar qazanıblar.
Millimiz Oyunlarda 54 idmançı ilə təmsil olunur. Atletlərimiz Xüsusi Yay Olimpiya Oyunlarında atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparırlar.

İdman 2019-03-17 12:34:00