×
A
A
A
Sazlamalar

Azərbaycanlı sumoçu ümumdünya etno festivalında üçüncü bürünc medalını qazanıb

Bakı, 16 mart, AZƏRTAC

Sumoçumuz Camal Feyziyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında üçüncü bürünc medalını qazanıb.
Azərbaycan Sumo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 18 yaşlı idmançımız sərbəst güləş yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Otuz iki idmançının qatıldığı yarışda Şri-Lanka, Rusiya və Belarus təmsilçilərinə qalib gələn C.Feyziyev yarımfinalda qırğızıstanlı güləşçiyə məğlub olub.
Bu, C.Feyziyevin festivalda üçüncü bürünc medalı olub. O, bundan əvvəl mas-reslinq və kəmər güləşi yarışlarında bürünc medallara layiq görülüb.

İdman 2019-03-16 20:37:00