×
A
A
A
Sazlamalar

Xüsusi Yay Olimpiya Oyunlarında millimizin aktivinə üçüncü medalı stolüstü tennisçimiz yazdırıb

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan idmançılarının Birləşmiş Ərəb Əmirliklərində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında qazandıqları medalların sayı üçə çatıb.
AZƏRTAC xəbər verir ki, növbəti medalı komandamızın aktivinə stolüstü tennisçimiz Eyvaz Muradov yazdırıb. Yarışlarda uğurla çıxış edən idmançımız yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib.
Azərbaycan komandasının tərkibində cüdoçu Fərid Şərifov (64 kq) və pauerliftinqçi Aytac Səmədova gümüş medallar qazanıblar. Millimiz Oyunlarda 54 idmançı ilə təmsil olunur. Atletlərimiz Xüsusi Yay Olimpiya Oyunlarında atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparırlar.

İdman 2019-03-16 20:12:00