×
A
A
A
Sazlamalar

Gimnastlar üçün Bakıda Novruz şənliyi təşkil olunub

Bakı, 16 mart, AZƏRTAC

Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları çərçivəsində martın 16-da iştirakçılar üçün Novruz şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasının ərazisində hazırlanmış xüsusi yerdə gimnastların asudə vaxtının səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb.
Gimnastlar Azərbaycan milli musiqisinin sədaları altında Novruz tonqalının ətrafına toplaşıblar.
Milli mətbəximizin təamlarından dadan idmançılar bayram şənliyindən xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, dünya kuboku turniri “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda 41 ölkə təmsil olunur. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.
Mötəbər turnirə martın 17-də yekun vurulacaq.

İdman 2019-03-16 17:28:00