×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Novruz şənliyi

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbə həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə fakültələr üzrə tələbələrin hazırladıqları Novruz xonçaları və bayram şirniyyatları nümayiş etdirilib. Rektor Mustafa Babanlı tələbələrin hazırladıqları bayram süfrəsini yüksək qiymətləndirib. O, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Novruzun xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu deyən rektor baharın gəlişi münasibətilə bütün kollektivi təbrik edib və onlara xoş arzularını çatdırıb.
Sonra tədbir ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının bir-birindən fərqli rəqs nömrələri, eləcə də tanınmış müğənnilərin ifaları və Novruz bayramının məşhur personajları Kosa ilə Keçəlin təqdimatında maraqlı səhnəciklərlə davam edib.

 

Elm və təhsil 2019-03-15 19:23:00