×
A
A
A
Sazlamalar

Topaz Premyer Liqası: “Qarabağ” klubu səfərdə “Səbail”i məğlub edib

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də futbol üzrə Topaz Premyer Liqasının 21-ci turunun növbəti görüşündə “Səbail” və “Qarabağ” komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, oyunda sonuncu çempion “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun yetirmələrindən Dani Kintana (34) və Riçard Almeyda (77) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Ağabala Ramazanov (42) vurub.
Turun hazırda davam edən sonuncu görüşündə “Neftçi” və “Zirə” komandaları üz-üz gəliblər.

 

İdman 2019-03-15 19:26:00