×
A
A
A
Sazlamalar

Türkiyənin Kapadokya Universitetində Hamlet İsaxanlının kitabının təqdimatı olub

Bakı, 15 mart, AZƏRTAC

Türkiyənin Kapadokya Universitetində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının İstanbulda 2-ci dəfə nəşr edilmiş “Xəzana tərif” (“Hazana övgü”) kitabının təqdimatı və imza günü keçirilib.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, mərasimdə əvvəlcə H.İsaxanlı haqqında hazırlanmış slayd nümayiş olunub. Sonra Kapadokya Universitetinin tələbələri onun şeirlərini səsləndiriblər. Kitabın tərcüməçisi, şair-yazıçı İmdat Avşar şairin yaradıcılığından danışıb və onun “Gedin, deyin anama” şeirini türkcə oxuyub.
Sonra H.İsaxanlı şeirlərini oxuyub və tələbələrin suallarını cavablandırıb.
Sonda H.İsaxanlı imzaladığı kitabları oxuculara təqdim edib.

 

Elm və təhsil 2019-03-15 19:27:00