×
A
A
A
Sazlamalar

Nuranə Əliyeva: Bütün yaş qrupları üzrə karateçilərimiz “Baku Open”də yüksək ustalıq nümayiş etdirilər

Bakı, 15 mart, Leyla Qurbanova, AZƏRTAC

“Baku Open”də gücümüzü yoxladıq. Qarşılaşmalar çətin keçməsə də, yorğunluq üzünü göstərirdi. Çünki təlim-məşq toplanışından birbaşa yarışa qatılmışıq. Öyrəndiklərimizi turnirdə qarşılaşmalar zamanı tətbiq etdik. İdmançılarımız yaxşı formadadırlar. Turnirdə 10-dan çox ölkənin karateçiləri mübarizə aparırlar. Sevindirici haldır ki, “Baku Open”də bütün yaş qrupları üzrə karateçilərimiz yüksək ustalıq nümayiş etdirirlər.
Bu sözləri “Baku Open” turnirində 50 kiloqram çəki dərəcəsində yarışda qızıl medal qazanmış Avropa çempionu və mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Nuranə Əliyeva AZƏRTAC-a müsahibəsində deyib.
Yarışda karateçi qızlarımızın da uğurla mübarizə apardıqlarını vurğulayan N.Əliyeva bildirib: “Turnir yüksək rəqabət şəraitində davam edir. Karateçi qızlarımızın fəallığını xüsusi qeyd etməliyəm. Bu cür turnirlərin ölkəmizdə keçirilməsi böyük önəm kəsb edir. Yarış aşağı yaş qrupundakı idmançılarımız üçün də ciddi sınaq xarakteri daşıyır”.

İdman 2019-03-15 18:39:00