×
A
A
A
Sazlamalar

ABŞ və Gürcüstan gimnastlarına ənənəvi “AGF Trophy” kuboku təqdim edilib

Bakı, 15 mart, AZƏRTAC

Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında ən yüksək icra xalını toplamış idmançılara ənənəvi Azərbaycan Gimnastika Federasiyasının kuboku - “AGF Trophy” təqdim edilib.
AZƏRTAC xəbər verir ki, kubok ABŞ təmsilçisi Ceyd Keriyə və gürcüstanlı Konstantin Kuzovkova verilib.
Qeyd edək ki, dünya kuboku yarışları “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda 41 ölkə təmsil olunur. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.
Mötəbər turnirə martın 17-də yekun vurulacaq.

İdman 2019-03-15 18:38:00