×
A
A
A
Sazlamalar

Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları Rusiyada sərgilənəcək

Bakı, 15 mart, AZƏRTAC

Rusiyanın Belqorod vilayətinin Proxorovka qəsəbəsində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə “Böyük qələbə uğrunda döyüş” muzeyi yaradılıb. Keçmiş sovet respublikalarının bu qələbəyə verdikləri töhfələr həmin muzeydə nümayiş olunacaq.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, bu müəssisənin fondlarında qorunan İkinci Dünya müharibəsinə aid eksponatların, həmçinin müharibədə azərbaycanlıların iştirakından bəhs edən monoqrafiya, kitab və digər materialların “Böyük qələbə uğrunda döyüş” muzeyində sərgilənməsi nəzərdə tutulur.

 

Elm və təhsil 2019-03-15 16:54:00