×
A
A
A
Sazlamalar

“Baku Open” beynəlxalq karate turniri davam edir

Bakı, 15 mart, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən “Baku Open” beynəlxalq karate turniri davam edir.
AZƏRTAC xəbər verir ki, martın 15-də - yarışların ikinci günündə 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar.
Yarışda Azərbaycan ilə yanaşı, 14 ölkədən 1200-dən çox karateçi mübarizə aparır. Martın 16-da 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr, sonuncu gün – martın 17-də isə 6-11 yaşadək karateçilər döyüşəcəklər.
Xatırladaq ki, martın 14-də fərdi kata və kumite üzrə böyüklər və 35 yaşdan yuxarı veteranlar arasında yarışların qalibləri müəyyənləşib.

İdman 2019-03-15 14:00:00