×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası tarixində ilkə imza atıb

Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası tarixində ilkə imza atıb.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kubokunun sərbəst yarışlarda çıxış edən təmsilçimiz proqramını xüsusi hazırlanmış qapalı geyimdə icra edib.
Proqramını “Sarı gəlin” xalq mahnısının sədaları altında yerinə yetirən gimnastımızın geyimi azarkeşlər tərəfindən maraqla qarşılanıb.

İdman 2019-03-15 14:38:00