×
A
A
A
Sazlamalar

“Qurani-Kərim”in digər dillərə tərcüməsi” mövzusunda seminar keçiriləcək

Bakı, 15 mart, AZƏRTAC

Martın 29-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Qurani-Kərim”in digər dillərə tərcüməsi” mövzusunda seminar keçiriləcək.
İnstitudan AZƏRTAC-a bildirilib ki, seminarı “Ostrojskaya Akademiya” Milli Universitetinin İslam araşdırmaları mərkəzinin direktoru, Quranın Ukrayna dilinə tərcüməçisi, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviç aparacaq.
Xatırladaq ki, dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə Aİİ-də ardıcıl seminarlar, görüşlər təşkil olunur. Ali təhsil müəssisəsi elmi və mədəni inkişafı təmin etmək məqsədilə müxtəlif konfrans, dəyirmi masa və görüşlərin keçirilməsinə xüsusi önəm verir.

Elm və təhsil 2019-03-15 13:28:00