×
A
A
A
Sazlamalar

Məktəblilər dövri qanunun kəşfi barədə məlumatlandırılıb

Bakı, 15 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) “Elm günü”nə və rus alimi D.Mendeleyevin dövri qanunun kəşfinin 150 illiyinə həsr olunan tədbir keçirilib.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri, müəllimləri və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbiri NKPİ-nin direktoru, akademik Vaqif Abbasov açaraq 2019-cu ilin BMT-nin Baş Assambleyası tərəfindən “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli” elan olunduğunu bildirib. Qeyd edib ki, bu həmin günlə bağlı institutda keçirilən ikinci tədbirdir.
V.Abbasov rus aliminin dövri qanunun kəşfinə dair geniş məlumat verib və şagirdlərlə fikir mübadiləsi aparıb.
Sonra şagirdlər akademik Yusif Məmmədəliyevin memorial muzeyi ilə tanış olublar.

Elm və təhsil 2019-03-15 12:26:00