×
A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə FIFA referimiz beynəlxalq təyinat alıb

Bakı, 14 mart, AZƏRTAC
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, o, mayın 9-dan 12-dək final mərhələsi bu il ABŞ-ın San Dieqo şəhərində keçiriləcək Dünya Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsinin görüşlərini idarə edəcək. Bu mərhələnin oyunları İspaniyanın Salou şəhərində keçiriləcək.

İdman 2019-03-14 16:55:00