×
A
A
A
Sazlamalar

Gimnastımız Marina Nekrasova dünya kuboku yarışlarının finalına yüksəlib

Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası üzrə dünya kuboku yarışlarının final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, gimnastımız dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq təsnifat mərhələsində yeddinci olub. Bu nəticə ilə o, turnirin həlledici mərhələsinə adlayıb.
Dünya kubokunda ölkəmizi Marina Nekrasova ilə yanaşı, Murad Ağarzayev, İvan Tixonov və Nikita Simonov təmsil edirlər.

İdman 2019-03-14 16:22:00