×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastları dünya kuboku yarışlarında çıxışlarını davam etdirirlər

Bakı, 14 mart, AZƏRTAC

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir. Turnirin birinci günündə kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalarda, qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə yarışların təsnifat mərhələsində güclərini sınayırlar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançıları İvan Tixonov və Murad Ağarzayev ilk olaraq sərbəst hərəkətlərdə yarışıblar. Çıxışlarına görə hakimlərdən 14,066 xal alan M.Ağarzayev ikinci, İ.Tixonov isə 13,200 xalla onuncu pillədə yer alıblar.
Halqalarda çıxış edən digər təmsilçimiz Nikita Simonov 14,433 xalla üçüncü yerdədir. İ.Tixonov isə 12,466 xalla 13-cü pillədə qərarlaşıb.
Qadın gimnastımız Mariya Nekrasovanın müxtəlif hündürlüklü qollarda çıxışı hakimlər tərəfindən 11,433 xalla qiymətləndirilib. İdmançımız bu göstəriciyə görə 12-ci olub.

İdman 2019-03-14 14:33:00