×
A
A
A
Sazlamalar

Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

London, 5 mart, AZƏRTAC

Londondakı Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və türk diasporunun üzvləri, tələbələr, bu ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Evinin sədri Dr. Əli Tekin Atalar bildirib ki, 27 il əvvəl Xocalı şəhərinin dinc əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımı bir çox ölkələrin parlamentləri tərəfindən kütləvi qırğın, bəşəriyyətə qarşı cinayət kimi qəbul olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Tamara Draqadze tədbirdə çıxış edərək Xocalı soyqırımı ilə bağlı məlumatların dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılmasının zəruriliyini vurğulayıb.
London Şəhər Universitetində təhsil alan tələbə Sabir Məmmədov Xocalı soyqırımının beynəlxalq hüquqa əsasən soyqırımı olduğunu vurğulayıb.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş film nümayiş etdirilib. Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xocalı faciəsi 2019-03-05 22:56:00