Şimali Kiprin televiziyalarında Xocalı soyqırımının dəhşətlərindən bəhs olunub
Ankara, 5 mart, AZƏRTAC
Şimali Kiprdə fəaliyyət göstərən nüfuzlu “BRT TV” televiziyası və “Hakikat TV” internet kanalı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı xüsusi proqramlar yayımlayıb.
AZƏRTAC xəbər verir ki, hər iki kanalın qonağı olan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu 27 il əvvəl Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktının təfərrüatlarını bölüşüb. Erməni millətçi dairələrinin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialarının səbəb və nəticələrinə aydınlıq gətirən cəmiyyətin sədri diqqətə çatdırıb ki, Xocalı soyqırımının mahiyyətinin dünya birliyinə çatdırılması təkcə ermənilərin əsl xislət və niyyətlərini ifşa etmir, həm də Dağlıq Qarabağla bağlı həqiqətlərin nədən ibarət olduğunu ortaya qoyur. Ermənilərin zaman-zaman xalqlarımıza qarşı ağır cinayətlər törətdiklərini vurğulayan O.Həsənoğlu tarixi faktlarla əsaslandırıb ki, Xocalı soyqırımını unutmaq gələcəkdə özümüzü yeni təhlükələrə doğru atmaq deməkdir. Qeyd edilib ki, Xocalı soyqırımına dair acı həqiqətlər illərdən bəri yaradılan “məzlum erməni” obrazını darmadağın edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO