×
A
A
A
Sazlamalar

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya maneken-pilot göndərir

Bakı, 2 mart, AZƏRTAC

İlon Maskın “SpaceX” şirkəti Beynəlxalq Kosmik Stansiyaya sınaq ekipajı göndərir. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Dragon” adlanan pilot kapsulu “Falcon 9” raketi ilə bu gün ABŞ vaxtı ilə 2:49-da Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılır.
NASA-nın məlumatına görə, sınaq kapsulunun buraxılmasında məqsəd gələcəkdə Aya və Marsa uçacaq kosmonavtların təhlükəsizliyini yoxlamaqdır. Bu uçuş zamanı içərisində maneken-pilot olacaq kapsulun təhlükəsizliyini beş gün müddətində ABŞ astronavtı Enn Mkkleyn, kanadalı Devid San-Jak yoxlayıblar.
Kapsulda olacaq “ekipaj üzvü” maneken Ripli bütün texniki cihazlarla, o cümlədən ötürücü ilə təchiz edilib. Kosmik gəmi martın 3-də Beynəlxalq Kosmik Stansiyaya birləşəcək və martın 8-də ondan ayrılacaq. Yerə qayıdan Ripli maneken paraşütlə Atlantik okeanına düşəcək. Kapsulun içərisində olan yük təhlükəsizlik məqsədilə gələcəkdə kosmosa uçacaq 3 ekipaj üzvü üçün hesablanıb.

Texnologiya 2019-03-02 11:35:00