×
A
A
A
Sazlamalar

Rumıniya agentliyi Xocalı soyqırımı ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündən yazır

Buxarest, 27 fevral, AZƏRTAC

Rumıniyanın “Amos news” xəbər agentliyi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakı şəhərində keçirilən ümumxalq yürüşü ilə bağlı AZƏRTAC-ın məlumatını ingilis dilində yayıb.
Məlumatda bildirilir ki, əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüarlar nümayiş etdirilib. Qeyd olunub ki, yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və bu qanlı cinayəti törədənlərin Azərbaycan Prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Xocalı faciəsi 2019-02-27 19:19:00