×
A
A
A
Sazlamalar

İbrahim Kalın: Amansız qətliamı unutmayacağıq

Ankara, 27 fevral, AZƏRTAC
Bu amansız qətliamı unutmadıq və unutmayacağıq! Azərbaycanın işğal olunmuş əraziləri mütləq azad ediləcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın şəxsi “Twitter” səhifəsində yazıb. Xocalı soyqırımının 27-ci ildönümündə Azərbaycanın kədərini bölüşən İbrahim Kalın yuxarıda qeyd edilən mətndə Anadolu agentliyi tərəfindən hazırlanmış Xocalı soyqırımı infoqrafikasını da paylaşıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2019-02-27 04:05:00