×
A
A
A
Sazlamalar

Tələbə rəssamların Xocalı mövzusunda əsərləri Berlində nümayiş etdirilir

Berlin, 26 fevral, AZƏRTAC

“AzNar” QSC-nin sponsor dəstəyi ilə Almaniyanın paytaxtında, "Q gallery Berlin" qalereyasında Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin XX əsrin ən dəhşətli hadisələrindən birinin - Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş sərgisi açılıb. Ekspozisiyada təqdim edilən əsərlər arasında Nərgiz Şirəliyevanın “Ümid”, Nigar Familsoyun “Faciə”, Fatimə Qurbanovanın “Məsum baxışlar”, Xəyalə İbrahimovanın “Göz yaşları”, Kübra Binnətovanın “Məhv olmuş arzular”, Ceyran Mirqasımın “Qara və ağ”, Lalə Xanbabayevanın “İz”, Nigar Niyazovanın “Çağırış”, Samirə Faizovanın “Xocalı qurbanları”, Nigar Müslümovanın “Şeytan ordusunun mühasirəsində”, Günay Bəylərovanın “Haray”, Gülnar Əliyevanın “Xocalının taleyi”, Fərəh Mirzəyevanın “Xocalı” tablolarını fərqləndirmək olar. Əsərlər Akademiyanın keçirdiyi müsabiqə əsasında seçilib.
Sərgidə gənc heykəltəraşlar Zamiq Rzayevin “Tarın ruhu”, Rahib Qarayevin “Keçmişə qayıdış”, Gülnarə Baxşıyevanın “Kabus” heykəlləri də nümayiş etdirilir.

 

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xocalı faciəsi 2019-02-26 22:09:00