×
A
A
A
Sazlamalar

Ermənilər Xocalı soyqırımını törətməklə xalqımızın mübarizə əzmini qıra bilmədilər

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı bir gecənin hadisəsi deyildi. Ermənilər buna Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından hazırlıq görürdülər. Bu qətliam Azərbaycan xalqına vurulan ən ağır zərbədir. O gecə Xocalı şəhəri vəhşi ermənilər tərəfindən qana bələndi.
Bu sözləri Tovuz rayon sakini Akif Fərhadov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman sakinləri silahlı düşmən qarşısında əyilmədilər. Onlar əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdilər.

Xocalı faciəsi 2019-02-26 16:52:00