×
A
A
A
Sazlamalar

Xocalı şahidi Tahirə Hüseynova: Soyqırımı zamanı bütün xocalılılar kimi, mənim də yaxınlarım şəhid olub

Bakı, 26 fevral, AZƏRTAC
Xocalı hadisəsi zamanı bütün xocalılar kimi, mənim də yaxınlarım şəhid olub. Atamı, anamı, polis əməkdaşı olan qardaşımı, əmim qızını, digər qohumlarımızı itirmişik. Hazırda Xocalı soyqırımının 27-ci ildönümünü qeyd etdiyimiz fevralın 26-sı bizim üçün ən ağrılı tarixdir. Ötən 27 ildə biz bir dəqiqə də olsa bu faciəni unutmadıq.
Bu fikirləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşünün Xocalıdan olan iştirakçısı Tahirə Hüseynova AZƏRTAC-a müsahibəsində bildirib.
O deyib ki, Xocalı soyqırımı əsrin ən böyük faciəsidir. Tarixdə belə bir vandalizm görünməyib. Ermənilər qadınlara, uşaqlara, qocalara belə rəhm etmirdilər. Belə bir qəddarlıq, amansızlıq heç bir yerdə görünməyib.
“Ulu öndər Heydər Əliyev Xocalı şəhidlərinin xatirəsini daim dərin ehtiramla yad edir, xocalılı ailələrə diqqət və qayğı göstərirdi. Bu diqqət və qayğını davam etdirən Prezident İlham Əliyevin hər il Xocalı abidəsini ziyarət etməsi, ümumxalq yürüşlərində iştirakı və şəhidlərimizin xatirəsini yad etməsi şəhid ailələrinə çox böyük mənəvi dayaqdır. Bu gün bir daha hiss etdim ki, biz həqiqətən də dövlətimizin diqqət mərkəzindəyik. Bu kədərli gündə Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələri ilə həmrəy olduqları üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdaram”, - deyə T.Hüseynova vurğulayıb.

Xocalı faciəsi 2019-02-26 15:43:00