×
A
A
A
Sazlamalar

Turqay Budaqov: Dövlət bayrağımızın Xocalıda dalğalanacağı gün uzaqda deyil

Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımı bəşər tarixində qanlı səhifələrdən biridir, günahsız uşaqlara, qadınlara və qocalara qarşı erməni vəhşiliyinin heç bir izahı yoxdur. XX əsrin sonunda baş vermiş bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir.
Bu sözləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Turqay Budaqov AZƏRTAC-a müsahibəsində deyib.
O deyib ki, Xocalı faciəsinin səbəbkarları ədalət qarşısında hesab verməlidirlər. Bu faciəyə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsi qarşısında hesab verməsinin vaxtı çoxdan çatıb. Bu gün onlar özlərini qəhrəman kimi aparırlar, ancaq mütləq hesab verməlidirlər. Onları lənətləmək lazımdır: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Məhz bu tədbirlər nəticəsində Xocalı soyqırımı hazırda dünyanın 13 ölkəsində parlament səviyyəsində, ABŞ-ın 22 ştatında parlament səviyyəsində və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınıb. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımızın Xocalıda dalğalanacağı gün uzaqda deyil”.

 

Xocalı faciəsi 2019-02-26 15:08:00