×
A
A
A
Sazlamalar

Qadın cüdoçularımız Çexiyada güclərini sınayacaqlar

Bakı, 22 fevral, AZƏRTAC

Martın 2-də Çexiyanın paytaxtı Praqada qadınlar arasında cüdo üzrə açıq Avropa turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı yarışda iki idmançı – Larisa Florian (52 kq) və Fatimə Özərdim (70 kq) təmsil edəcək.
Qitə turnirində 28 ölkədən 184 cüdoçunun iştirakı rəsmiləşib.

İdman 2019-02-22 19:03:00