×
A
A
A
Sazlamalar

Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də təhsil naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə birlikdə Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar ingilis dilinin tədrisi prosesini izləyib, bu qurumun və Britaniya Şurasının birgə əməkdaşlığı ilə məktəbdə yaradılan İngilis dili Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Görüşdə, eyni zamanda, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
2016-cı ildən icrasına başlanılan İngilis dili mərkəzləri layihəsinin əsas məqsədi şagirdlərin ingilis dili bacarıqlarının və xüsusilə danışıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. Hazırda layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Lənkəranda ümumilikdə 13 belə mərkəz fəaliyyət göstərir.

Elm və təhsil 2019-02-22 18:32:00