×
A
A
A
Sazlamalar

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir

Bakı, 22 fevral, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) balıqçılıq üzrə mütəxəssisləri növbəti görüşləri Göyçay, Goranboy, Göygöl, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Balakən, Zaqatala, Şəki və Qax rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ETSN-in mütəxəssisləri sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, yüksək məhsuldarlığın əldə olunması yolları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verib, onların problemlərini dinləyib və həlli yollarını müzakirə edərək sahibkarlara müvafiq tövsiyələr veriblər.
Görüşdə sahibkarlara akvakultura təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı təlimatlar verilib, yarana biləcək sualların cavablandırılması üçün nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.
Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.

Ekologiya 2019-02-22 14:04:00