×
A
A
A
Sazlamalar

UEFA Avropa Liqası: "Fənərbaxça" turnirdə mübarizəni dayandırıb

Bakı, 21 fevral, AZƏRTAC 

Fevralın 21-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" səfərdə Rusiyanın "Zenit" komandası ilə qarşılaşıb. Görüş Peterburq təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların İstanbuldakı görüşü "Fənərbaxça"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Zenit" klubu səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.
Mərhələnin digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Arsenal” (İngiltərə) - BATE (Belarus) - 3:0, (ilk oyun - 0:1);
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Viktoriya” (Plzen, Çexiya) - 3:0, (1:2);
“Ayntraxt” (Frankfurt, Almaniya) - “Şaxtyor” (Donesk, Ukrayna) - 4:1, (2:2);
“Napoli” (İtaliya) - “Sürix” (İsveçrə) - 2:0, (3:1);
“Zaltsburq” (Avstriya) - “Brügge” (Belçika) - 4:0, (1:2);
“Valensiya” (İspaniya) - “Seltik” (Şotlandiya) 1:0, (2:0);
“Vilyarreal” (İspaniya) - “Sportinq” (Portuqaliya) - 1:1, (1:0);
Qeyd edək ki, digər 7 oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, fevralın 20-də səkkizdəbir final mərhələsinə ilk vəsiqəni İspaniyanın “Sevilya” klubu qazanıb. “Sevilya” İtaliyanın “Latsio” komandasını hər iki oyunda məğlub edib (1:0, 2:0).
UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

İdman 2019-02-21 23:56:00